18 Dekabr 2018 11:55
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev illər öncə ifa etdiyi "Gəl, gözəlim" mahnısına yenidən nəfəs verib.

Teleqraf.com xəbər verir ki, müğənni sözügedən mahnını remix versiyada təqdim edib. Dünəndən eksklüziv olaraq Xəzər FM və 100.5 FM-də, həmçinin, F.A-nın rəsmi YouTube kanalında yayımlanan yeni versiya dinləyicilər tərəfindən bəyənilib.

Xatırladaq ki, "Gəl, gözəlim" hitinin musiqisi Ceyhun Səfərov, sözləri Ceyhun Səfərov və Xanım İsmayilqızına məxsusdur.

Mahnının yeni versiyasını Nadir Nağd Pul aranjiman edib.
Sözügedən remixin teaser-ini xalq artistinin rəsmi YouTube kanalından dinləyə bilərsiz:


Müəllif: Aygül Qarayeva