18 Dekabr 2018 16:07
2 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Mehman Əhmədli “Səhər-Səhər” verilişinin qonağı olub.

Teleqraf.com-un məlumatına görə, verilişə digər qonaq kimi İntiqam Rüstəmov dəvət olunsa da, meyxanaçı bundan imtina edib:

“Mən meyxanaçıların heç biri ilə efirə çıxmıram. Əliağa Vahiddən başqa heç kimlə çıxmaram, o da rəhmətə gedib. Sənətdən bir az uzaqlaşıram. Özüm üçün başqa işlər qururam. Sənətin ləzzəti də qalmayıb”.

İntiqam Rüstəmovun bu açıqlamasına Mehman Əhmədlinin cavabı belə olub:

“Mənim onunla şəxsi problemim yoxdur. İntiqam heç bir meyxanaçı ilə efirə çıxmadığını qeyd edir, tək mənimlə yox. Deyir ki, özümə şəxsi işlər qururam. Yəni burada Mehmanın yerinə başqa meyxana deyən olsaydı da, eyni sözü deyəcəkdi”.


Müəllif: Aygül Qarayeva