19 Dekabr 2018 10:06
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın şou”nun növbəti buraxılışı da qalmaqalsız ötüşməyib.

Teleqraf.com-un məlumatına görə, bu dəfə aparıcı Xose Bernardo ilə müğənni Dilarə Kazımovanın sözü çəpləşib.

Dilarə maşının o biri tərəfinə adlamaq istəsə də, Bernardo ifaçıya onun yanından yox, başqa yerdən keçməyi məsləhət görüb. Kazımova isə elə onun yanından keçəcəyini bildirib.

Bernardo ona əli ilə digər yeri işarə verəndə müğənni "Mənimlə əllə-qolla danışma. Çıxarmaq istəyirsən məni, normal de" sözlərini söyləyib.

Xose isə "Həri, çıxarmaq istəyirəm, axşam baxarsan" deyib.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər