Əməkdar artist Röya Ayxan illərdir küsülü olduğu xalq artisti Aygün Kazımova ilə barışıb.
Teleqraf.com-un məlumatına görə, Röya Show News” verilişində “Altın Kelebek” mükafat gecəsindən danışarkən bildirib ki, 2 il öncə Aygünlə küsülülüyə son qoyublar:
“Mən təcili yardım maşınıyam. Minin, arxamca gəlin... Aygün xanım layiq idi, bundan sonra kim olacağını isə bilmirəm. Bizdən sonra istərdim ki, muğam ifaçılarından biri mükafatlandırılsın.
Böyük bir məclis idi. Aygün səhvən mənim otağıma girdi. Dəvət etdim, özümüz üçün yedik-içdik.
Rahat yaşayan adamam. Bu, iki il əvvəl baş verib. Mən həmişə o xanıma salam vermişəm, salamımı da alıb. Düzdü, arada salamımı almır… Cici qızdır, yola verin getsin”.