“Maşın şou”nun növbəti buraxılışı geridə qalıb.
Teleqraf.com-un məlumatına görə, yarışın növbəti günündə səsverməyə aktrisa Aydan Axundzadə çıxıb. O, səs topladığı təqdirdə oyundan kimi çıxaracağını deməyib. Lakin Aydan iki hədəfinin olduğunu və proqramın sonunadək fikrini dəqiqləşdirəcəyini vurğulayıb.
Sonda 41,72 faiz səs toplayan aktrisa özü şoudan getməli olub.
Qeyd edək ki, hazırda şouda 11 iştirakçı mübarizəni davam etdirir. Bunlar şairə Nazilə Səfərli, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Sərxan Kərəmoğlu, blogerlər Mənsur Şərifov və Taleh Yüzbəyovdur.