Müğənni və rəqqasə Sevda Sanəliyeva İnstaqram sosial şəbəkəsində yeni fotosunu paylaşıb.
Teleqraf.com axşam.az-a istinadən bildirir ki, sənətçinin şəkildə hamilə olduğu diqqət çəkib.
İzləyiciləri bu münasibətlə onu təbrik edib və S.Sanəliyeva isə təşəkkürünü bildirib.
Xatırladaq ki, S.Sanəliyeva bu ilin iyununda iş adamı ilə ailə həyatı qurub. Bununla belə, o, bəlli olmayan səbəblərdən toyunun olmasını inkar etmiş, bunu yalan adlandırmışdı.