23 Dekabr 2018 11:41
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın şou”nun dünənki buraxılışında reper Ramil Nabranla müğənni Dilarə Kazımova arasında gərginlik yaşanıb.

Teleqraf.com xəbər verir ki, Dilarə Kazımova Ramil Nabranın “Niyə elə düşünürsünüz ki, siz qalib gələ bilərsiniz, mən yox” sualına verdiyi “22-ci yeri tutmuşdun, dünya sənə səs vermədi” cavabından inciyib.

İfaçı göz yaşlarına hakim ola bilməyib, o, dünyanın ona 8-ci yer verdiyini söyləyib. Şounun digər iştirakçısı şairə Naizlə Səfərli onu sakitləşdirməyə çalışıb.

Daha sonra reper Dilarə Kazımovadan üzr istəyib: “Dilarə xanımın sənətinin qarşısında baş əyirəm. Həqiqətən də peşəkar ifaçıdır. Bir qədər kobud davrandım, iynəni ürəyindən bərk vurdum. Bu qızı bərkitməliyəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər