"Aslan və Əjdaha" filminin ulduzu, Honk Konqlu aktyor Çou Yun-fat 720 milyon dollarlıq sərvətini xeyriyyə qurumlarına ödənilməsini vəsiyət edib.
Teleqraf.com xəbər verir ki, 63 yaşlı Çou "Bu pula sonsuza qədər sahib olmaq mümkün deyil. Öldükdən sonra bank hesabınızı özünüzlə apara bilmərsiz. Bir gün getdikdə sərvətinizi baqalarına verməlisiz" deyə bildirdi.
Sadə həyat tərzilə diqqət çəkən, ictimai nəqliyyatdan istifadə edən, öz filminə baxmaq üçün bilet alıb növbəyə duran Çou Yun-Fat Honk Konqda "Qardaş Fat" ləqəbilə tanınır.
Həyat yoldaşı Jasmin Tan bildirib ki, Çou piyada gəzməyi xoşlayır və köhnə Nokia telefonununun ekranı sındığı üçün yenisini almağa məcbur olub.
Oskar mükafatlı "A Better Tomorrow"la da tanınan Çou 2015-ci ildə "Forbes" jurnalının ən çox qazanan aktyorları sırasında yer alıb.