"Maşın şou”nun növbəti buraxılışı geridə qalıb.
Teleqraf.com xəbər verir ki, şounun 11-ci günündə müğənni Samir Cavadzadə səsverməyə çıxarılıb.
Veriliş boyu kimi çıxaracağını deməyən Samir sonda 39,80 faiz səslə oyundan özü getməli olub.
Qeyd edək ki, hazırda şouda 7 iştirakçı mübarizəni davam etdirir. Bunlar müğənnilər Səmra Rəhimli, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva və aktyor Sərxan Kərəmoğludur.