“Maşın şou”dan uzaqlaşdırılan şairə Nazilə Səfərli bununla bağlı sosial şəbəkədəki səhifəsində status yazıb.
Teleqraf.com-un məlumatına görə, şairə bildirib ki, onu oyundan uzaqlaşdıran aktrisa Xəyalə Quliyevanın maşının qalibi olmasını istəyir:
"Bu möhtəşəm şouya qatılmağıma heç peşman deyiləm. Ağzıgöyçəklər özünü yormasın, yarışma gözəl olub. Xəyalənin əli ilə çıxmışamsa, bu daha gözəl. Nə olub ki Xəyaləyə? Ailəsi, çox hörmətli əri, uşaqları, isməti…
Mənəvi və əxlaqı kəsiri olmayan xanımdır. Məgər, görmədiniz ki, çıxanda Xəyalənin alnından öpdüm? Allah uzaq etsin, məni “Maşın”dan bəzi natarazlar çıxarsa, nə olardı?
Bircə narahatam ki, Xəyalə elə o hormonsuzun əli ilə çıxar. Xəyaləmin alnından öpdüyümə görə peşman olaram. Gələn gündən deyirəm ki, hamı maşına görə oynayır, mən adıma. Onun maşını yoxdur, mənim var. Qoy onun da olsun, nə olar ki?
Xəyalə də xına gecələrinə gedir. Onu yalançı və digər sözlərlə qələmə verməyə heç kimin haqqı yoxdur! Ucuz düşünməyin, ay bəziləri… Oyununuz uğurlu olsun”.
Qeyd edək ki, şouda olduğu zaman nazilə Xose Bernardo və Ramil Nabranla danışmırdı.
Sosial şəbəkədə onun bu sözləri həmin iştirakçılara dediyini yazanlar da olub.