26 Dekabr 2018 10:34
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənim həyatımda çox böyük faciələr olub”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri ötən gün “Bizimləsən” verilişində qonaq olan xalq artisti Flora Kərimova deyib.

O illər əvvəl başına gələn hadisədən danışıb: “Artıq oğlumun 50 yaşı var. Ona qurban olaram. Bir dəfə böyük bir anlaşılmazlıq olmuşdu. Həmin məsələni aydınlaşdırmaq istəyirdim. Oğlumu və qızımı yanıma çağırdım.

Oğluma dedim ki, mən gedirəm, döysələr, söysələr, işgəncə versələr, sən digər otaqda olarsan, yanıma gəlməzsən. Məsələ öldürmək səviyyəsində idi. Amma oğlum harayla qışqırdı, yanıma gəldi.

Söylədim ki, nə badə yanıma gələsən. Çünki mən bilirdim ki, oğlumun əliylə mənə pislik edə bilərdirlər”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər