"Eurovision 2011" qalibi Nigar Camalla müğənni Şəbnəm Tovuzlu arasında qalmaqal yenidən gündəmə gəlib.
Teleqraf.com-un məlumatına görə, “Səhər-səhər” verilişinin qonağı olan Şəbnəm bildirib ki, heç bir həmkarı ona lağ edə bilməz: "Xanımdır, deyə bilərdi unutqanlıqdır. Elə olur ayaqqabını blokda geyinirəm. Onun məni lağa qoymağa cürəti çatmaz.
Mənim üçün o, heç kimdir. Hər kəsə Allah özünə görə gözəllik verib. Ondan əskikliyim yoxdur.
Sözümü deyirəmsə, keçib qabağına başqa cür danışaram. Görünüşü məndən gözəl, sənəti məndən artıq deyil. Lağ nə deməkdir? Gündəm xatirinə edib. Yoxdular, Şəbnəmin adını çəkirlər".
Qeyd edək ki, Şəbnəmin "Gucci" brendinin kəmərini tərs taxmasına Nigar lağ etmişdi.