Əməkdar artist Bəsti Sevdiyevanın oğlu Ayxan evlənir.
Teleqraf.com-un məlumatına görə, bu barədə aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində deyib.
O bildirib ki, artıq nişan mərasimi də olub. Bəsti Sevdiyeva isə bildirib ki, gələcək gəlini həkimdir: “Bir-birini özləri bəyəndilər".
Qeyd edək ki, Bəsti Sevdiyevanın oğlundan savayı bir qızı var. O, Türkiyəyə gəlin köçüb. Müğənni bir müddət öncə açıqlamasında oğlunu evləndirmək istədiyini demişdi.