Türkiyənin populyar aktrisalarından olan Deniz Çakır yeni seriala çəkiləcək.
Mahsun Kırmızıgülün baş prodüser olduğu, baş rolda Yigit Özşenerin oynayacağı "Aşkın dili yok" serialında D.Çakır kürd vəkil obrazı yaradacaq.
Teleqraf.com Milli.Az-a istinadən bildirir ki, gələn həftə çəkilişləri başlanacaq serialla bağlı Çakır Twitter-dəkit profilində Turqut Uyarın Tatvanla bağlı yazdığı "Yokuş yola" şeirini paylaşıb, sonra yazıb "Kürdüstanda və Muş Tatvan yolunda bir yer kənar" yazıb.
Aktrisanın "Kürdüstan" kəlməsini yazması böyük qalmaqal yaradıb. Deniz Çakır sərt tənqid və təhdidlərə məruz qalıb.
D.Çakır cavab mesajında bildirib: "Hər şey sevgi və anlayışdan keçər, Kimsəni ittiham etmədən sevməkdir bəxtəvərlik. Mən Turqut Uyarın şeirini paylaşdım. Sevgilər".