"Maşın" şounun növbəti buraxılışı yayımlanıb.
Teleqraf.com-un məlumatına görə, yarışın növbəti günündə səsverməyə Ranar Musayev çıxarılıb.
O, Səmra Rəhimli ilə dost olduğu üçün səs topladığı təqdirdə oyundan ya Xəyalə Quliyevanı, ya da Sərxan Kərəmoğlunu çıxaracağını bildirib.
Sonda isə o, 79,74 faiz səslə aparıcı Sərxan Kərəmoğlunu şoudan kənarlaşdırıb.
Beləliklə, finalda Səmra Rəhimli, Ranar Musayev və Xəyalə Quliyeva mübarizə aparacaq.