“Eurovision-2011”-in qalibi, müğənni Nigar Camal qızı Jasminin şəkillərini sosial şəbəkədəki səhifəsində paylaşıb.
Teleqraf.com-un məlumatına görə, ifaçının paylaşıdığı fotolar izləyiciləri tərəfindən bəyənilib. Nigar fotonun birinə “Vaxt nə tez gedir. Artıq 13 yaşı var. Allah bütün balaları saxlasın” şərhini yazıb.
Qeyd edək ki, həyat yoldaşından boşanan Nigarın Jasmindən əlavə Səidə adlı bir qızı da var.