"Qızım dedi ki, birdən qardaşımın fikri dəyişsə, bu qızı kimə alacıyıq?"
Teleqraf.com xəbər verir ki, ARB TV-nin yeni layihəsi olan "Söhbət var" verilişinin ilk qonağı müğənni Roza Zərgərli olub. Sənətçi baldızının ona qoyduğu qadağadan danışıb:
"Baldızım olub, dar paltarlar geyinməyimə icazə verməyib və mən də geyinməmişəm. Yekə-yekə danışmağıma baxmayın. Hər baldız hansısa evin bir qızıdır. Sentyabrda oğlumu nişanlayıram. Gəlinimlə artıq rəfiqəyəm. Mənə ana deyir, oğlum qıraqda qalıb. Axırda qızım dedi ki, "Ana, birdən oğlunun fikri dəyişsə, bu qızı kimə alacıyıq?" Mən də deyirəm ki, özümə. Hər bir qadın pis qayınana, pis baldız görübsə o yaxşı olmalıdır. Ataların bir misalı var. Alma ağacını sevməlisən, çünki onun almasını yeyirsən".