Əməkdar artist Röya Ayxanın yeni duet ortağı məlum olub.
Teleqraf.com-un məlumatına görə, Röya bu dəfə həmkarı Emil Bədəlovla bir araya gəlib.
Onlar “Kölgə” adlı mahnını oxuyublar.
Bəstənin sözləri və musiqisi Aydın Sani, aranjımanı isə Anar Vəliyevə məxsusdur.
Röya Ayxan bu günə qədər xalq artisti Aygün Kazımova, əməkdar artist Abbas Bağırov, müğənnilər Samir Cavadzadə, Samira Allahverdi, Xəyyam Nisanov, Sadiq Məmmədov, Miri Yusif, Zamiq Hüseynov, reper Cin, “Şeron” qrupu və digər müğənnilərlə duet oxuyub.