9 Yanvar 2019 11:00
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araz FM radiosunun aparıcısı Aygün Akifin evini yarıblar.

Teleqraf.com-un məlumatına görə, DJ bu barədə sosial şəbəkədəki səhifəsində xəbər verib.

O bildirib ki, artıq 2-ci dəfədir ki, evlərinə oğru girir:

“Günün gündüz çağı evimə basqın edib nə var, nə yox talayıb aparıblar. Polis və əməliyyatçılar gözləyir ki, evə girən vicdansız evdəkilərin başını kəssin.

Bu il ikinci dəfədi evimizi bu hala salırlar. Çox rahat hüzurlu yatırıq, vallah.. Sabah səsimiz gəlməsə, bilin ki, bizi öldürüblər. Sabaha çıxmağa ümidim olmur. Bunu dözə bilmədim və paylaşdım. Vurulan maddi ziyan nə zamansa geri qayıdacaq. Amma mənim valideynim bir daha əvvəlki kimi olmayacaq”.


Müəllif: Aygül Qarayeva