9 Yanvar 2019 13:57
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Türkan Vəlizadə bəzi şou-binzes nümayəndələri arasında baş vermiş qalmaqallara münasibət bildirib.

Teleqraf.com-a danışan müğənni bildirib ki, belə halların gündəmə, efirə gətirilməsinin əleyhinədir:

"Mənimlə də şou nümayəndələri arasında anlaşılmazlıq olub. Amma mən onu tamaşaçılara bildirməmişəm. Çünki belə hala xoş baxmıram. Düşünürəm ki, tamaşaçını qalmaqallarla yormaq olmaz. Yoxsa onların haqlı iradlarına tuş gəlirik".

Müğənni bildirib ki, bəzi tanışlarının arası dəyəndə müdaxilə etmir və çalışır ki, hər iki tərəflə münasibətdə balansı qorusun:

"Özlərinə də bildirirəm ki, məni qatmasınlar. Çünki sabahı gün barışacaqlarına əminəm. Əgər mən qarışsam, tərəf tutsam, onlar barışanda mən pis durumda qalaram. Bir dəfə elə bir halla qarşılaşmışam.

O vaxtdan özümə söz vermişəm ki, kimsənin münasibətinə görə özümü pis edən deyiləm!”


Müəllif: Aygül Qarayeva