10 Yanvar 2019 09:35
2 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səidə Sultan ötən ay dünyasını dəyişən mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinin çətin vəziyyətindən danışıb.

Teleqraf.com-un məlumatına görə, “Bizimləsən” verilişinə qonaq olan ifaçı sözünü ağlayaraq deyib:

"Narkotik elə bir oğlanların başını yerə qoyub ki, gəl görəsən. O demək deyil ki, həmin insanı həyatdan silmək lazımdır. Bu, düzgün yanaşma deyil.

Mən sənət dostlarımdan xahiş edirəm, siz ki o musiqiçini çağırırdınız, sizin üçün hansısa musiqini ifa etsin. Bax, həmin müğənni dostlara deyirəm, ayağa durun, 100-200 atışsaq, böyük pul deyil".

Qeyd edək ki, mərhum sənətçinin həyat yoldaşı Leyli "Bizimləsən" verilişində evinin ipoteka kreditinə yardım olunmasını xahiş edib.


Müəllif: Aygül Qarayeva