10 Yanvar 2019 15:20
1 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Təranə Qumral və Musa Musayev cütlüyü “Səhər-səhər” verilişinin qonağı olub.

Teleqraf.com-un məlumatına görə, Taranə yoldaşının ağ saçlarını sevdiyini deyib:

“Yaş özünü kişidə də, qadında da göstərir. Bilirik ki, 35 yaşdan sonra saç yavaş-yavaş ağarmağa balayır. Kimsə saç boyası ilə ağ saçların üstünü basdırır. Mən Musanın ağ tellərini sevirəm”.

Musa isə “Uşaqlıq arzum idi: hər zaman ağsaqqal, məndən böyük insanlara baxanda deyirdim ki, kaş böyüyüb, yaşa dolaydım, mənim də ağ saçlarım olardı. O həsrətlə yaşamışam. Amma ağ saçları qaranın altında gizlədib, özümə ağsaqqal deyə bilmərəm. Hər yaşın öz gözəlliyi var”.


Müəllif: Aygül Qarayeva