10 Yanvar 2019 17:17
2 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İzzət Bağırov yeni mahnısını təqdim edib.

Teleqraf.com xəbər verir ki, ifaçı “Öp” adlı mahnısını “Youtube” kanalında paylaşıb.

O bildirib ki, artıq tez-tez yeni yaradıcılıq işləri ilə gündəmə gələcək:

“Sənət adamının işi yaradıcılıqla məşğul olmaqdır. Mən də yeni ildə qarşıma məqsəd qoymuşam ki, daha çox iş görüm. “Öp” adlı mahnımla start verdim. Bu, sevgililərin sevimli mahnısına çevriləcəyinə inanıram.

Bundan əlavə, ötən il ekranlaşdırdığımız “Ümidlər puç olanda” filmi maraqla qarşılandı, istədiyimiz nəticəni əldə etdik. Bu il yenə dram janrında film çəkəcəyik.

Demək oalr ki, ssenari hazırdır, aktyorlar seçilir, rejissorla danışıram. Yeni mahnılar var, onları yazdırıram. Ola bilsin ki, klip də çəkdirdim”.

Qeyd edək ki, “Öp” adlı bəstənin sözləri və musiqisi Samir Vidaya məxsusdur.


Müəllif: Aygül Qarayeva