11 Yanvar 2019 01:00
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış qazaxıstanlı müğənni Toreqali Toreali Astanada konsert zamanı səhnəyə çıxan uşağın ağzına tüpürüb.

Teleqraf.com xəbər verir ki, uşaq çevrilib səhnəni tərk edərkən müğənni ona arxadan təpik də vurub.

Toreqali ədəbsiz hərəkətini adətlə əlaqələndirib.

“Kəndimizdə həmişə belə ediblər. Özümə bir daha belə etməyəcəyimi söz versəm də, yenə bunu edirəm”, - deyə o vurğulayıb.

Qazaxların inancına görə, istedad tüpürcəklə keçir.


Müəllif: Teleqraf.com