11 Yanvar 2019 10:52
3 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlü vəfat edən həyat yoldaşı Zahiddən danışıb.

Teleqraf.com-un məlumatına görə, musiqiçi bu barədə sosial şəbəkədəki səhifəsində yazıb:

“Zahid, başımın tacı... Axı mənə təsəllini sən verirdin, niyə belə sürpriz etdin? Niyə? Bəlkə də, məni qınayanlar olacaq, özümdən asılı deyil. Ay Allah, sənə qurban olum! Bu nə ağır yol imiş, dözə bilmirəm. Bu gediş nə dəhşət oldu?

Zahid, doğrudan heç vaxt gəlməyəcəksən? Sən mənə vəfasızlıq etməmisən. Əgər sən gəlməsən, özüm yanına gələcəm. Mənim necə vəfalı olduğumu görəcəksən. Zahid, heç olmasa, yuxularıma gəl, yalvarıram”.


Müəllif: Aygül Qarayeva