13 Yanvar 00:58
529

Müğənni Günay İbrahimli Türkiyəyə istirahətə yollanıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı İstanbul küçələrində gəzən zaman “Nazəndə sevgilim” mahnısını canlı ifa edib.

O, həmin ifasını lentə alaraq, öz səhifəsində paylaşıb. Günay paylaşımına “Hava o qədər gözəldir ki... Fəslə uyğun anlar yaşayıram. Qar, şaxta, soyuq hava... Hər şey o qədər yerindədir, istədim ki, öz canlı ifamla sizləri salamlayım”, - şərhini qeyd edib.


Müəllif: Yalçın Uğur