14 Yanvar 2019 16:30
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nazpəri Dostəliyevanı öldürmək istəyiblər.

Teleqraf.com-un məlumatına görə, müğənni bu barədə “Şou ATV” verilişində danışıb.

O bildirib ki, bir neçə il öncə onu zəhərləmək istəyiblər:

“Moskvada məni zəhərləmək istəyirdilər. Bu barədə təsadüfən sürücüm eşitmişdi. Hətta artıq plan qurulmuşdu. Kimsə bunun qarşılığında böyük məbləğdə pul təklif edib. Sürücüm tualetdə olub, onu tanımayıblar. Daha sonra toyda mən mahnı oxuyarkən dedi ki, stolun üstündən bir stəkan belə su götürüb içməyin. Birinci başa düşmədim, ağlıma belə şey gəlməzdi. Daha sonra hər şey məlum oldu. Bilirəm ki, mənə qarşı kim bunu edib.

Səsi verən Allahdır, ay bəndə, sən nə edə bilərsən? Bu, mənim üçün təəccüblü bir şey deyil. Yaxşı sənətkarı məhv etmək istəyirlər”.


Müəllif: Aygül Qarayeva