15 Yanvar 2019 00:56
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gilavar” qrupu hazırda şou-biznesdə olan qrupları tənqid edib.

Teleqraf.com xəbər verir ki, həmkarlarını qeyri-peşəkarlıqda ittiham edən qrup üzvləri onlara söz atanları hədələyib:

“Qruplarda 3 nəfər ifa edir, amma bir nəfərin səsi eşidilir. Başa düşürük, insan xəstə ola bilər, xaric oxuyar, səsi yerində olmaz. Bunlar normaldır. İnsan vücududur. 3 nəfərdən yalnız birinin eşidilməsi qeyri-peşəkarlıqdır. Bizdə də olub ki, kimsə xəstələnib. Lakin bunu hər dəfə etmək olmaz.

Bizə kənardan daş atırlar. Quyruğumuzu tapdalayanın başını tapdalayacağıq. Bu sözümüzün də arxasındayıq”.


Müəllif: Aygül Qarayeva