15 Yanvar 2019 10:25
2 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV-nin “Bizimləsən” verilişi mərhum klarnet ifaçısı Zahid Sabirabadlının evində qonaq olub.

Teleqraf.com-un məlumatına görə, çəkiliş zamanı mərhumun xanımı bildirib ki, çox pis vəziyyətdə yaşayırlar:

“Qapılar yoxdur. İki uşaqla bu şəraitdə yaşayıram. Bir evin ki, qapıları yoxdur, özünüz təsəvvür edin. Uşaqların əl-ayağı buz kimi olur, donurlar. Vəziyyətimiz pis olmasaydı, yoldaşımın 40-ı çıxmadan efirə çıxmazdım. Çox adam məni qınayır. Qınayanlar evimin şəraitinə baxsın. Kaş ki, Zahid sağ olaydı, bu şəraitdə də yaşayardım. Çox fikir edirdi, deyirdi ki, sənə hər şərait quracam”.

Qeyd edək ki, Zahid Sabirabadlının xanımı efirə gələrək evinin kredit pulunu ödəyə bilmədiyini, xalqdan kömək istədiyini deyib.


Müəllif: Aygül Qarayeva