Bir müddət əvvəl şou-biznesdən getdiyini açıqlayan, daha sonra isə “Qaya” qrupuna daxil olaraq yaradıcılığını davam etdirən müğənni Boris Bayramov subaylığın daşını atıb.
Teleqraf.com xəbər verir ki, ifaçı ötən gün Günel adlı xanımla nikah masasına əyləşib.
Paytaxt restoranlarının birində keçirilən toya şou-biznesin bir çox tanınmış simaları qatılıb.