15 Yanvar 2019 13:28
2 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Bəsti Sevdiyeva “Hər şey daxil” verilişində qonaq olub.

Teleqraf.com-un məlumatına görə, ifaçı verilişdə həyat yoldaşı Oqtay bəydən danışan zaman ağlayıb:

“Kövrək adamam. Bu günki günümdə Oqtayın çox əziyyəti var. O, bizim ailəmizin üstündə yarpaq kimi əsir. Mən ona görə də demişəm ki, ona nəsə olacaqsa, Allah ondan öncə mənim canımı alsın. Deyim ki, tək həyat yoldaşımdır, yox, atam, anam, o mənim hər şeyimdir. Ailə qurandan sonra o məni daha ərköyün böyütdü. Göydə Allahımdır, yerdə mənim üçün ailədir”.


Müəllif: Aygül Qarayeva