16 Yanvar 2019 16:47
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İradə İbrahimova ilə aparıcı Elgiz Əkbər küsülü imiş.

Teleqraf.com-un məlumatına görə, bu barədə Elgiz “Səhər-Səhər” verilişində danışıb.

Aparıcı bildirib ki, bir müddət əvvəl İradə barədə instaqramda status yazıb və həmin paylaşıma görə sənətçi ondan inciyib:

“Türkiyənin məşhur aktyoru Cem Yılmaz İradənin ifasında olan bir mahnını oxumuşdu. Ölkənin gündəmini zəbt etmişdi, hara baxırdımsa, bu barədə yazırdılar. Bir kəlmə yazdım ki, böyük mədəniyyət hadisəsi deyil, niyə belə paylaşılır. Mən onun xətrinə dəyməyi nəzərdə tutmamışdım, aşağılamaq da fikrim yoxdur. Aləm bir-birinə dəydi. Onun yaxınları, adamları mənə zəng vurmağa başladı”.


Müəllif: Aygül Qarayeva