17 Yanvar 2019 13:21
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrdə tənqidlərə məruz qalan fotolarından danışıb.

Teleqraf.com-un məlumatına görə, müğənni yenə də qısa paltarında şəklini paylaşaraq onu qınayanlara zarafatyana cavab verib:

“Vay-vay, biabırçılıq, rəzalət, fəlakət! Bütün Azərbaycan camaatının anası, nənəsi, nənəsinin nənəsi yaşında olan mən...”

Dadaşova daha sonra xanımlara sağlam həyat barədə tövsiyələrini verib: “Gözəl xanımlarımız, axşam 18:00-19:00-dan sonra yemək istəyən zaman bol su için. Suya nanə də qata bilərsiz. Bir-iki gün çətin olacaq. Sonra isə öyrəşəcəksiz. Söz verirəm, ən azından can sağlığını hiss edəcəksiz”.


Müəllif: Aygül Qarayeva