17 Yanvar 2019 16:50
1 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xeyli vaxtdır küsülü olan əməkdar artist Röya Ayxan və müğənni Nigar Camal barışıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişində deyib.

O bildirib ki, küsülü məşhurlar barışıblar:

“Həmin tədbirdə Zülfiyyə Xanbabayeva, Miri Yusif də var idi. Nigar Camal da həmin məclisdə yer alırdı. Daha sonra Röya gəldi, Nigar onu görüb sıxıldı. Efirdə şirə dönüb danışmağına baxmayın. Röya isə heç kimin gözləmədiyi bir hərəkət etdi. O, Nigarı qucaqlayıb öpdü”.

Qeyd edək ki, hər iki məşhur “Altın kelebek” mükafatlandırma gecəsinə qatılmışdı.

Həmin an Nigar Röya ilə birlikdə müsahibə vermək istəməyib. Onlar arasındakı qalmaqal da bundan sonra başlayıb.


Müəllif: Aygül Qarayeva