17 Yanvar 2019 18:16
2 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Əli Mirəliyevlə bağlı aparıcısı olduğu "Səhər-səhər" verilişində hamını təəccübləndirən etiraf edib.

Teleqraf.com-un məlumatına görə, aparıcı Elgiz Əkbər "Neçə ildir cinayətkarla veriliş aparıram. Bu adam cinayətkardır, pişiklərə divan tutur. Bu kişi manyakdır" sözlərini deyib.

Mirəliyev də onun sözlərini təsdiqləyib və bunları söyləyib:

"Qalxmışam yuxarı, pişiyi 9-cu mərtəbədən buraxmışam yerə. Baxıram durur gedir. Heyvansevərlər məni başa düşər ki, kişi düz deyir".

Elgiz və verilişdə qonaq olan əməkdar artist Nahidə Orucova onun bu hərəkətini pisləyiblər.


Müəllif: Aygül Qarayeva