21 Yanvar 2019 12:52
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mehriban Xanlarova anası Bibiş Xanlarova ilə birgə “Şou ATV” verilişində qonaq olub.

Teleqraf.com-un məlumatına görə, aktrisa verilişə dəvət olunan anasının qarşısında diz çökərək bildirib ki, valideynləri eşitmə və dil qüsurludur:

"Uşaq vaxtı biz danışa bilmirdik. Qonşular nəsə deyəndə, başa düşmürdük. Gərək əl-qol hərəkətlər edərdilər ki, biz insanların nə dediyini anlayardıq. Hətta mən “çay gətir”, deyən olsaydı, anlaya bilməzdim. Daha sonra bibim Zeynəb Xanlarova bizi məktəbə qoydu və beləcə, hərf öyrəndik".


Müəllif: Teleqraf.com