21 Yanvar 2019 14:27
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə üzündə və boğaz hissəsində olan qırışları əməliyyat yolu ilə yığdıran əməkdar artist Nahidə Orucova "X maqazin" verilişinə açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, 57 yaşlı aktrisa bildirib ki, əməliyyat etdirdiyi üçün onu qınayanlar olub:

"Bilirsiniz ki, çox arıqladım. Buna görə də üzüm düşdü və qırışdı. Heç vaxt yaşıma görə kompleks keçirməmişəm. Mənə deyirlər, yaşını gizlədirsən. Sadəcə, özümə bir az maya qoydum. Həkim özü əməliyyat prosesini paylaşıb. Tam hazır halımla indi qarşınızdayam. 30-35 yaş cavanlaşdım. Deyirlər, bir ayağı burda, biri gordadır. İnsan həyatı, yaşamağı sevəndə, qadın baxımlı olanda pisdir? Düşmənçilik nəyə lazım? İnsan bir-birini sevməlidir. Sevmirsə, onun səhifəsinə girib baxmasın. İllər keçdikcə nəsə problem olsa, yenə bir az əl gəzdirərəm".

Qeyd edək ki, Nahidə Orucova bundan öncə mədə kiçiltmə əməliyyatı keçirib.


Müəllif: Aygül Qarayeva