21 Yanvar 2019 14:38
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxandan sonra şou-biznesin digər üzvləri də Elnarə Abdullayevanın “Oğluma müğənni qız almaram” fikirlərinə qarşı çıxıblar.

Teleqraf.com xəbər verir ki, müğənni Elnarə Xəlilova MTV-yə açıqlamasında özünü nümunəvi bir xanım hesab etdiyini bildirib:

“Təki hamı istəsin ki, onların həyat yoldaşı mənim kimi olsun”.

Elçin Cəfərov da Elnarənin söylədiyi fikirlərə dəstək olaraq övladının seçimlərinə qarışmayacağını söyləyib:

“Mənim də seçimlərimə valideynlərim qarışmayıb. Özüm seçmişəm, özüm də evlənmişəm”.

Aparıcı- repçi ABD Malik isə deyib ki, insanları peşələrinə görə bölmək düzgün deyil:

“Elə müğənni var ki, onu səhnəyə buraxmaq ayıb olar, biabırçılıq hesab edilər. Amma eləsi də var ki, bir nümunə kimi ölkəmizdə uğur qazana bilər. Müğənnilik nə vaxtdan ayıb bir peşə sayılıb ki?”

Vokal ifaçısı Lətifə Söyuöz də övladının seçimlərinə qarışmayacağını bildirib:

"Bəlkə həmin müğənni oğluma elə bir sevgi verəcək ki, o, özünü xoşbəxt hiss edəcək. Həkim olub övladıma dəyər verməsə, bu, mənim üçün problem olar".

Repçi Qurd, müğənni İzzət Bağırov isə “müğənni qız almaram” deyənləri dəstəkləyib.


Müəllif: Teleqraf.com