23 Yanvar 2019 13:52
2 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Vəfa Zeynalova efirdən uzaq düşməsi səbəbini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, aktrisa bu barədə “Faydalı saat” verilişində açıqlama verib:

“Özüm belə istəyirəm. Müəyyən qonaqlarla çağırırlar. Mən də orada olmaq istəmirəm. Yəni mənim üçün maraqlı deyil orada olmaq, onlarla söhbət eləmək...

Məni anlayan, başa düşən insanlarla danışmaq maraqlıdır. Müxtəlif xırda-xırda səbəblər bir araya toplandı və mən artıq belə bir qərar verdim”.


Müəllif: Aygül Qarayeva