“Ev bizim, sirr bizim” verilişində qonaq olan bir gəncin dediyi özünəməxsus şeir parçası tamaşaçılarla yanaşı, aparıcının və iştirakçıların da marağına səbəb olub.
Teleqraf.com xəbər verir ki, şeirini yarı yumoristik, yarı 18+ kimi təqdim edən qonağın səsləndirdiyi fikirlər diqqət çəkib.
Müasir texnoloji nailiyyətlərin fəsadlarını ortaya qoymağa çalışan şairin qələmə aldığı “əsər”də Feysbukda bir oğlan tərəfindən aldadılan qızın fikirləri əks olunub.
Şeiri oxuyarkən gənc üzündəki ciddi və qəmgin ifadə ilə sanki məzlum “feysbuk qurbanı” olan qızın acı həyatını açıb ortaya qoymaq istəyir. Gülüş doğuran məqamlardan biri də bu jest olub…
Həmin verilişdə səsləndirilən şeir parçasını təqdim edirik: