8 Fevral 12:33
540

2009-ci ildə türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı quran müğənni İradə İbrahimova illər öncə qeydlər apardığı gündəliyindən söz açıb.

Teleqraf.com xəbər verir ki, Türkiyədə yaşayan müğənni bu barədə özünün instaqram səhifəsində məlumat verib.

O deyib ki, bir neçə ay əvvəl 9 ilin təmizliyini edib. Yır-yığış edərkən heç kimə verməyə qıymadığı kitabların arasından illərboyu qeydlər apardığı gündəliyini tapıb. “Yaddaş kitabçası”ndakı qeydlərdən bəhs edən müğənni daha çox insanların saxtalığından, yalançılığından şikayətlənib:

“Qeydlərimin hamısı insanlarla bağlıdır. Gözümlə gördüklərimi, qulağımla eşitdiklərimi, fikirlərimi, hiss etdiklərimi yazmışam. İnsanlarla bağlı heç bir şeyin təəccüblü olmadığını bərk-bərk tapşırmışam özümə. Çünki heç bir şey bizim gördüyümüz kimi deyil. Duasını çirklədən insanlar tanımışam mən. Çox çiy, üzsüz, həddini aşan… Amma bir danışdır, hamısı cənnətə gedəcəyini deyir. Əslində ətrafınıza bir baxsanız, hamı mütləq ora gedir. Getməyən bir mənəm, bir də yəqin, bu sətirləri oxuyan sən...”

İradə İbrahimova insanların gedəcəyi son mənzil - o dünya, halallıq barədə də fikirlər səsləndirib:

“Cənnət, cəhənnəm - yolun harasındayam bilmirəm, amma yoldayam, sadəcə onu bilirəm, o, bəsimdi. Yolun sonu bəzilərinə cənnət, bəzilərinə cəhənnəmdir. Məncə, o iş məchuldur əzizim, əhəmiyyət vermə, kim hara gedər, hara layiqdir…

Məncə, əvvəl özünə baxmağa çalış, belə ən dərindən, dibdən, küncdən, bağlı yer qoyma, bax. Baxdınsa, Allah amanında, insan əvvəlcə özü ilə halallaşmalıdır. Bəlkə aranızda mən sıfır qüsurluyam deyə bilən varsa, nə xoş ona, amma mən yenə yetərsiz, yenə qüsurlu, yenə yarımçıq və özümlə halallaşa bilməyənlərdənəm hələ də…”


Müəllif: Rəsul
loading...