Mənim üçün Sevgililər günündə ən gözəl hədiyyə sevgilimi görmək idi. Getdim İstanbulda onu gördüm və gəldim.
Teleqraf.com xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "X maqazin" verilişində deyib.
Oksana oğlu Osmanın atasının hər ay Bakıya gəldiyini sözləyib: "Amma bu dəfə gələ bilmədi. Əvəzində mən getdim gördüm".
Qeyd edək ki, Oksana həyat yoldaşının azərbaycanlı olduğunu və Türkiyədə çalışdığını söyləyib.