Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə müğənni Damlanın adından yayılan saxta intim video haqda danışıb.
Teleqraf.com xəbər verir ki, o bu barədə özünün İnstaqram hesabında yazıb.
Damlanı müdafiə edən Tolik məlum videonun saxta olduğunu bildirib:
“Mən hərdən düşünürəm ki, niyə hər kəs öz hayatı ilə maraqlanmır? Mən aparıcı olduğum üçün bəzən müğənnilər haqda subyektiv və araşdırılmış fikirlər bildirib, bəzi məqamlara toxunuram. İndi də yeni mövzu var: Damlanın videosu çıxıb… Lap çıxıb, sizə nə?
Qadın kiminlə intim əlaqədə olmalıdır? Kişi ilə… Burada anormal heç nə yoxdur. Amma videodan bəllidir ki, o, Damlaya oxşamır. Guya oxşasa nə olacaq? Gedin işinizlə məşğul olun, vallah ayıbdır.
Damlanın oğlu məktəbə gedir. İnstaqram hesabı var. Sabah görüb olmayan şeyə görə niyə utanmalıdır.
Allahdan qorxmayan bəzi nakişilər qadınları belə yolla biabır etmək istəyir. Utanmadan gündəmdə olanlar bir kənarda qalıb, Damlanın üstünə düşüblər”.