22 Fevral 2019 17:31
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 ildir küçədə yaşayan İlqarın çətin həyat hekayəsi televiziyada nümayiş etdirilib.

Teleqraf.com xəbər verir ki, ARB TV-nin “Səhər-Səhər” verilişinin ötən buraxılışında həyatı haqqında israrla danışmayan İlqar, ona yardım etmək istəyən kollektivə özü və ailəsi haqqında heç bir informasiya verməyib.

Vəziyyət belə olan halda şairə Nazilə Səfərli, İlqar haqqında məlumat əldə etmək üçün qeyri-adi üsula əl atıb.

Şairə, qrim yardımı ilə özünü içkidən və çətin həyatdan əziyyət çəkən, səfil bir qadın obrazına salıb. Daha sonra İlqarın içkidən azad olunması üçün müalicə aldığı xəstəxana üz tutub.

Nazilə Səfərli müalicə sırasını gözləyən İlqarın yanına əyləşərək onunla söhbət etməyə çalışıb. Şairə, söhbət əsnasında İlqar haqqında informasiya toplama nail olub.

Sözügedən görüntüləri təqdim edirik:


Müəllif: Teleqraf.com