İlk dəfə tamaşaçı qarşısına “Möhtəşəm Yüz il” serialıyla çıxan Melike İpek Yalova bir anda Türkan Şoray sayağı gözəlliyi ilə hər kəsi heyran etdi.
Teleqraf.com ailem.az-a istinadən xəbər verir ki, atası - keçmiş millət vəkili Yüksək Yalova kimi siyasətçi olmağı arzulayan Melike film sektoruna təsadüfən düşüb.
“Möhtəşəm Yüz il” serialının prodüseri Nərmin Əroğlu və ssenarist Meral Okay gələcək seriyalarda şahzadə rolunu oynayacaq aktrisa axtarırmışlar. Melikeni isə təsadüfən bir balıqçı restoranında görüb bəyəniblər. Sınaq çəkilişlərinə dəvət ediblər. Beləliklə, Melikenin məşhurluq həyatı başlayıb.
Türkiyənin “Bilkent” Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində təhsil aldıqdan sonra İtaliyanın “La Sapienza” Universitetində Beynəlxalq siyasət fakültəsinə daxil olub.
29 yaşlı aktrisa hazırda “Kara dayı” serialında Aytən rolunu canlandırır. Bundan əvvəl isə “Möhtəşəm Yüz il”də Kastiliya şahzadəsi İzabella rolunu oynayıb.
Uzun müddət türk mətbuatında Yalovanın dodaqlarının silikon olub olmadığı müzakirə mövzusu idi. Aktrisa nə qədər dodaqlarında dəyişiklik etmədiyini bildirsə də, kosmetoloqlar onun dodaqlarına silikon deyil, təbii hialuron turşusu ilə doldurduğunu deyiblər.