"Bizimkiler" serialının "Abbas"ı Hikmet Karagöz metroya minmək istəyərkən yıxılıb.
Eskalatorda müvazinətini itirən aktyorun qaşı və üzü yaralanıb.
Karagözə ilk tibbi yardımı vətəndaşlar edib. Ardınca isə o, hava alması üçün metrodan çıxarılıb.
Hazırda sənətçi xəstəxanadadır və vəziyyətinin yaxşı olduğu deyilir.
Qeyd edək ki, aktyorun 73 yaşı var.
/axşam.az/