Aparıcı Elçin Əlibəyli mediadakı fəaliyyətinə son qoymaq qərarına gəlib.
O bu haqda özü məlumat verib.
Sosial şəbəkədə bununla bağlı paylaşım edən Əlibəyli səhhətində problem yarandığını bildirib:
"Səhhətimlə əlaqədar olaraq KİV-dən uzaqlaşmaq qərarına gəldim. Zaman möhlət versə, bundan sonra fəaliyyətimi tamam başqa istiqamətdə davam etdirəcəyəm".
Qeyd edək ki, E.Əlibəyli Space TV-də yayımlanan "El bizim, sirr bizim" verilişinin aparıcısıdır./Axşam.az/