Türkiyənin tanınmış müğənnisi Muazzəz Ərsoyun konsert afişası sosial mediada müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, türk sənət musiqisinin güclü səslərindən sayılan ifaçının verdiyi poz amerikalı müğənni Ledi Qaqaya bənzədilib.
İstifadəçilərin çoxu 60 yaşlı Ərsoyun fotoşop proqramının aşırı effektindən istifadə etdiyini yazıb. Bəstəkar Mehmət Tez də müğənninin konsert afişasında Ledi Qaqaya oxşadığını bildirib.