14 Mart 2019 10:43
3 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müzakirələrə səbəb olan mövzuya Aysel Əlizadə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, müğənni instaqramda haqqında səsləndirilən ittihamlara belə bir şərh yazıb: “Allaha həvalə edirəm”.

Həmçinin ifaçı instaqram səhifəsində tənqidlərin qarşısını almaq üçün şəkillərə şərh yazma funksiyasını deaktiv edib.

***

Aparıcı Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadə ilə bağlı ilginc ittiham səsləndirilib.

Teleqraf.com xəbər verir ki, proqrama çıxan Turanə adlı qadın Aysel Əlizadənin 13 illik ərini əlindən aldığını iddia edib.

Qadının sözlərinə görə, gənc müğənni dəfələrlə həyat yoldaşı ilə birgə onun evinə gəlib. Hətta əri Ayselə “Porsche” markalı avtomobil də hədiyyə edib.

İttihamlarla bağlı müğənni heç bir açıqlama verməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər