1 Sentyabr 2014 23:00
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən, məşhurların bacı və qardaşları onların kölgəsində qalır. Bəziləri bilərəkdən, ictimailəşmək istəmirlər. Bəziləri isə paxıllıq edərək, mediaya lazımsız açıqlamar verirlər.

Teleqraf.com oxucuları ulduzların yaxın qohumları ilə tanış edir.

Ancelina Coli və qardaşı Ceyms Hayven – onlar bir-birinə çox bənzəsələr də, uzun müddət münasibət saxlamayıblar. Hətta Hayven bir dəfə jurnalistlərə bacisinin xarakterinin çox ağır olduğunu da demişdi. Amma sonra Coli onun könlünü alır və onların bir yerdə olan fotoları mediada dərc olunur. Hayven ixtisasca prodüserdir.

Inanmayacaqsınız, amma Nikol Kidman bacısı Antoniyadan 3 yaş kiçikdir. Bu, Antoniyanı kədərləndirmir, əksinə onların çox gözəl münasibətləri var. Antoniya Avstraliyada yaşayır və televiziyada çalışır.

Bred Pittin kişik qardaşı Daq biznesmen və filantropdur. O, “Care to Learn” təşkilatını yaradaraq kasıb ailələrin uşaqlarının oxuması üçün yardım edir. Qardaşından fərqli olaraq adi amerikalıdır. Bredlə isə münasibətləri yaxşıdır.

Culiya Robertsin qardaşı Erik Roberts 250-dən çox filmə çəkilsə də, bacısı qədər tanına bilməyib. Hətta bir dəfə o, “sizi ən çox nə narahat edir” sualına “bacim Culiya” deyə cavab vermişdi.

Cesika Albanın kiçik qardaşı Coşua da aktyordur. Onun bacisi ilə münasibəıtləri yaxşıdır və artıq müəyyan uğurlar da əldə edib. Coşua tez – tez teleplayihələrdə iştirak edir.

Rihannın kiçik qardaşı Fenti hələ balacadır və gəcəkdə kim olacağını müəyyənləşdirməyib.

Madonnanın qardaşı Kristofer Çikkone ilə münasibətləri düzəlib. Qardaşının onun haqqında yazdığı kitabdan sonra münasibətləri xeyli korlansa da, onlar artıq barışıblar. Qeyd edək ki, Kristofer dizaynerdir.

Ülkər


Müəllif:

Oxşar xəbərlər